Məzmuna keç

Resept:Balıq fırında

Vikikitab, açıq dünya üçün açıq kitablar

Tərkibi

[redaktə]
  • Su – 500 ml (2 stəkan).
  • Cəfəri – 1 dəstə.
  • Mixək – 2 diş.
  • Yağ – 75 ml (5 xörək qaşığı).
  • Balıq ( dilimlənmiş) – 1 kq.
  • Baş soğan (xırda doğranmış) – 300 qr.
  • Pomidor ( doğranmış) – 300 qr.
  • Limon suyu – 2,5 xörək qaşığı.
  • Duz – zövqə görə.
  • İstiot – zövqə görə.

Hazırlanma qaydası

[redaktə]

Fırın 170 dərəcəyə qədər qızıdırılır. Bir qabda cəfəri və mixək 2 stəkan suyla, suyun yarısı qalana qədər qaynadılıb süzülür, yağ əlavə edilib, qarışdırılır. Balıq dilimləri bir tavaya düzülür, doğranmış soğan və pomidorlar balıöın üzərinə tökülür. Cəfəri yağ qatışığı balıq dilimlərinin üzərinə gəzdirilir, duz, istiot vurulur və limon suyu tökülür. Balıq fırında 10-12 dəqiqə bişirilir.

Süfrəyə verilməsi

[redaktə]

Süfrəyə isti halda verilir.