Məzmuna keç

Resept:Corat qutabı

Vikikitab, açıq dünya üçün açıq kitablar

Corab qutabı[1] - Azərbaycan milli mətbəxinə aid yeməklərdən biri.

Hazırlanma qaydası: ələnmiş una su və duz qatılıb xəmir yoğrulur. 40 qıramlıq kündələr hazırlanır. Sonra kündədən yuxa yayılır. Dəvə ətindən hazırlanmış qiymə yuxanın içinə qoyularaq qatlanır. Qutabın kənarları bərkidilir. Sonra soba qabının içinə qoyularaq üzərinə az miqdarda kərə yağı və ya su vurulur. 170-200 dərəcədə bişilirir. Yaymanın qızarması bişməsinə dəlalət edir. Üzərinə az miqdarda yağ vurularaq üzərinə yığılır. Süfrəyə verilən zaman qutabın üstünə sumaq və ya nar dənəsi səpilir.

Norma:3 stəkan un, bir stəkan su, 1 çay qaşığı duz, 250-300 q dəvə əti, 2 baş soğan, 1 xörək qaşığı narşərab, zirinc, duz və istiot zövqə görə əlavə edilir.

İstinadlar

[redaktə]
  1. Corat qutabı