Resept:Fəsəli
Fəsəli - Azərbaycan mətbəxində geniş yayılmış un məmulatı.
Lazım olan məmulatlar
[redaktə]Əla növ buğda unu - 780q, maya - 20q, şəkər tozu - 55q, quyruq yağı - 110q, (və ya quyruq cızdağı). Ədviyyat - keşniş toxumu, hil, darçın, zəncəfil, hər birindən - 2-3q, duz - 5q. Una maya, su və duz qatılıb xəmir yoğrulur.
Hazırlanma qaydası
[redaktə]Xəmir 1,5-2 saat saxlanılr və 100 qramlıq kündələrə kəsilib 0,5 mm qalınlığında yayılır. xəmirin üzərinə əvvəlcədən narın döyülmüş, ədviyyat qatılmış yağ sürtülür və 5-6 qat bir-birinin üstünə salınaraq düzbucaqlı formasında kəsilməklə rulet burulur. Həmin rulet vertikal istiqamətdə yastılanaraq diametri 10-12 sm, qalınlığı isə 1,5-2,0 sm girdə kökəcik şəklinə salınır. Fəsəli hər iki tərəfdən tavada bişirilir. Süfrəyə verdikdə üstünə şəkər kirşanı səpilir və ya yanına ayrıca bal qoyulur.