Resept:Ordubad qayğanağı
Ordubadın Ballı Qayğanağı — Azərbaycanın milli yeməyi.
Tərkibi
[redaktə]Lazım olanlar:
- 1 kq və ya 1,5 kq ərinmiş kərə yağı,
- 12 ədəd ev yumurtası,
- 1 çay qaşığı un
- 1 çimdik duz
Şərbət
[redaktə]- 3-4 qaşıq bal və ya 10 qaşıq şəkər tozu,
- 1 stəkan su
- sarı gül
Hazırlanması
[redaktə]12 ədəd yumurta ağaranadək çalınır, uzərinə 1 çimdik duz və 1 çay qaşığı un əlavə edilir və yenidən çalınır.
Vam odun üstünə orta ölçüdə qazanda ərinmiş yağ dağ olunmağa qoyulur və sonra onun yarısı ayrılaraq başqa bir kiçik qazana vam odun ustunə isti qalmağı üçün qoyulur. Əsas qazanda yağ dağ olunca yumurta oxlovla qarışdırılaraq üzərinə əlavə edilir və üzərinə kiçik qazanda olan yağ az-az əlavə edilir. Yağ əlavə edildikcə qayğanaq şişir və qızarır. Sonra onu tərs üzünə çevirərək prosedur təkrar olunur. Qayğanaq bişdikdən və soyuduqdan sonra üzərinə şərbət əlavə olunur.
Şərbətin hazərlanması
[redaktə]Dağ suyun üzərinə sarı gül əlavə olunur. Su sarı rəng aldıqdan sonra süzülür və balın və ya şəkərin üzərinə əlavə edilir və qatılaşanacan qaynadılır və soyudulur.