Məzmuna keç

Resept:Pip dolması

Vikikitab, açıq dünya üçün açıq kitablar

Lazım olan ərzaqlar

[redaktə]
  • Quzu əti – 108 q.
  • Düyü – 30 q.
  • Baş soğan – 20 q.
  • Göyərti (keşniş, şüyüd və nanə) – 15 q.
  • Pip-(vələs) yarpağı – 40 q.
  • Qatıq – 20 q.
  • Ərinmiş yağ – 10 q.
  • Duz
  • İstiot
  • Darçın

Hazırlanma qaydası

[redaktə]

Quzu ətinin yumşaq hissəsi baş soğanla birlikdə ətçəkən maşından keçirilir. Qiyməyə düyü, xırda doğranılmış göyərti (keşniş, şüyüd, nanə), duz, istiot və bəzi hallarda isladılmış noxud ləpəsi qatılır.

Təzə pip (vələs) yarpaqları qaynar suda pörtlədilir, duza qoyulmuş yarpaqlar isə yarımhazır vəziyyətə gəlincə suda bişirilir. Qiymə yaxşı qarışdırılır. Hər yarpağa orta hesabla 25 q. qiymə bükülüb qazana yığılır, üzərinə su tökülüb hazır olana kimi (bir saat) bişirilir. Stola verildikdə ayrıca qabda qatıq qoyulur.