Məzmuna keç

Resept:Qaysaba

Vikikitab, açıq dünya üçün açıq kitablar

Qaysaba[1]Azərbaycan milli mətbəxinə daxil olan şirniyyat növlərindən biri. Qarabağ mətbəxinə aiddir. Adətən səhər yeyilir

Tərkibi və hazırlanma qaydası

[redaktə]

Tərkibi:Kərə yağı, qaysı (ərik və ya ərik qurusu), su və darçın. Əvvəlcə əridilmiş tavaya çəyirdəkləri çıxarılmış qaysı, xurma (istəyə görə əncir mürəbbəsi) atılır. Meyvələr yumşalana qədər bişirilir, üzərinə darçın səpilib süfrəyə verilir. Bişirilməsində müxtəlif fərqliliklər vardır. Bəzən tavada az miqdarda suda pörtlədilmiş qaysının üzərinə dağ edilmiş yağ əlavə edilir. Bişirərkən üzərinə ya şəkər tozu və ya da şərbətli su əlavə edilir.

İstinadlar

[redaktə]

Həmçinin bax

[redaktə]