Resept:Sumqayıt dolması
Sumqayıt dolması və ya ikiqat dolma — dolma növü; Azərbaycanın milli mətbəxinə aid olan xörək.
Tarixçə
[redaktə]İlk dəfə Sumqayıt şəhərində yaranmışdır. Dolmanın adı da elə bu şəhərin adı ilə bağlıdır. Sumqayıt dolmasının reseptinin ideya müəllifi sumqayıtlı sahibkar, həkim, Sumqayıt "Dostlar klubu"nun sədri Hümbət Quliyevdir. Bu dolma növünün təqdimat mərasimi 2012-ci ilin oktyabrında keçirilmişdir.
Xüsusiyyətləri
[redaktə]Bu dolmanın digərlərindən əsas fərqi odur ki, dolmaiçi inqrediyentlər əvvəl üzüm yarpağına, daha sonra isə ikinci qat olaraq kələm yarpağına bükülür. Bu ikiqat dolmada ayrı-ayrılıqda yarpaq və kələmdə olan çatışmazlıqlar aradan qaldırılır. Belə ki,
- ikiqat dolmada etibarlı hermetiklik təmin olunur;
- kələmə bükülmüş yarpaq özü də yaxşı bişir;
- kələm mədə-bağırsaqda üzüm yarpağının həzm olunmasına kömək edir.
Bu dolmanı hazırlayarkən ölçüsü elə olmalıdır ki, bir dəfəyə tam şəkildə ağıza rahatlıqla yerləşə bilsin. Belə olarsa, ağızda dolma sıxılaraq "dad partlayışı" effekti yaradır ki, nəticədə də bütün dolmaiçi inqrediyentlərin, həm də yarpaq və kələmin təkrarolunmaz ləzzəti ortaya çıxır.
Süfrəyə verilməsi
[redaktə]Sumqayıt dolması süfrəyə ilıq şəkildə verilir. Dolma əllə və ya qaşıqla yeyilməli, çəngəl və bıçaqdan istifadə edilməməlidir. Dolmanın hermetikliyi ağıza qədər qorunub saxlanılmalıdır.
Vegeterian variantı
[redaktə]Bu dolmanın vegeterian variantı da hazırlanır. Hazırlanmasında ət məhsullarından istifadə olunmayan həmin dolma yalançı ikiqat dolma adlanır.