Resept:Toyuq şorbası
Görünüş
Toyuq şorbası - Azərbaycanın milli yeməyi.
Tərkibi
[redaktə]- Toyuq əti - 155q,
- düyü - 25q,
- ərinmiş yağ - 20q,
- alça və gavalı - 20q,
- noxud - 20q,
- baş soğan - 20q,
- şüyüd - 10q,
- istiot,
- zəfəran
- duz.
Hazırlanma qaydası
[redaktə]Toyuqdan bişirilmiş bulyon ələkdən süzülür.Düyü bulyonda bişirilir, üzərinə yağda qızardılmış soğan qatılıb hazır olmasına 15 dəqiqə qalmış ayrıca bişirilmiş noxud, alça və ya gavalı qurusu əlavə edilir. Sonra üzərinə dilim şəklində doğranmış bişirilmiş toyuq əti və doğranmış şüyüd əlavə edilib 1-2 dəqiqə qaynadılır.